14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupuna üzv qəbul edilib

Bank Nəzarəti üzrə Bazel Komitəsi bank nəzarəti üzrə prudensial standartları müəyyən edən orqan olub 1974-cü ildə 10 ölkə (Belçika, Kanada, Fransa, Almaniya, ABŞ, İtaliya, Yaponiya, Niderland, İsveç və Böyük Britaniya) tərəfindən yaradılmışdır. Bazel Konsultativ Qrupu Bazel Komitəsinin üzvləri qarşısında xüsusi öhdəlik yaratmadan nəzarət orqanları arasında vahid platformanı formalaşdırır. Bu qrupun əsas məqsədi nəzarət orqanları arasında müzakirələr formatında bank nəzarəti məsələlərində qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsidir. Konsultativ Qrup tərəfindən bank nəzarəti sahəsində formalaşdırılan təkliflər isə Bazel Komitəsinə təqdim oluna bilir.

Konsultativ Qrupa üzv olan ölkə isə hazırda 29 ölkənin təmsil olunduğu geniş dialoq platforması çərçivəsində qabaqcıl beynəlxalq nəzarət təcrübələrini öyrənmək imkanını əldə edə bilir. Hazırda qonşu və regional ölkələrdən Gürcüstan, Qazaxıstan və Ukraynanın maliyyə nəzarət orqanları Bazel Konsultativ Qrupunun üzvləridir.

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının Bazel Konsultativ Qrupuna üzv qəbul olunması ölkədə maliyyə bazarları sahəsində tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması istiqamətində aparılan islahatların beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin bir göstəricisidir. Bu, Palatanı geniş dialoq platformasına çıxarmaqla bank sistemi üzrə tənzimləmə və nəzarət sahəsində qabaqcıl ölkələrin təcrübələrindən yararlanmağa, bu sahədə ölkədə mövcud qanunvericiliyin Bazel standartlarına tam uyğunlaşdırılmasına, habelə Bazel Komitəsində təkliflərlə çıxış etməyə imkan verəcəkdir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?