23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri müzakirə olunub

“Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə ixracatçılarla görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev “Made in Azerbaijan” brendinin təşviqi mexanizmlərindən danışıb, ixracatçılara beynəlxalq sərgi və yarmarkalarda iştirak üçün göstərilən dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb. O, həmçinin bu il təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması məsələsinə toxunub, xaricdə fəaliyyət göstərən Azərbaycanın ticarət evlərinin “Made in Azerbaijan” brendinin beynəlxalq aləmdə tanıdılması və yerli məhsulların ixracının artırılması sahəsində mühüm rol oynadığını qeyd edib.

Görüşdə iştirak edən Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin direktoru Günel Aslanova Azərbaycandan BƏƏ-yə ixrac potensialının daha səmərəli reallaşdırılması üçün ticarət evinin aktivliyinin gücləndirildiyini bildirib.

Tədbir zamanı ixracatçıların sualları cavablandırılıb, yerli məhsulların xaricə tədarükünün artırılmasına dair fikir mübadiləsi aparılıb.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?