23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Qazaxıstan maliyyə sektorunda əməkdaşlığı gücləndirir

Azərbaycan və Qazaxıstan maliyyə sektorunda əməkdaşlığı gücləndirir

Azərbaycan Mərkəzi Bankı ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “X” sosial şəbəkəsində paylaşımında məlumat verib.

Memorandum çərçivəsində:

- Maliyyə bazarının vəziyyəti və inkişafı, maliyyə bazarının tənzimlənməsi və nəzarətinin standartları, eləcə də innovativ mexanizmləri üzrə qarşılıqlı səfərlər keçiriləcək;

- Bazar iştirakçılarının fəaliyyətinə nəzarət və monitorinqi mexanizmlərinin təkmilləşdirilməsi, istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində təcrübə və məlumat mübadilələri genişləndiriləcək;

- Təcrübə mübadilələri, təlim və seminarlar, birgə tədqiqat və bilik mübadilələrinin təşkili diqqətdə saxlanılacaq.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?