Ölkəmizin İslam İnkişaf Bankı Qrupu ilə birgə fəaliyyətinin uğurlu nəticələri var
“İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə Bankın birgə fəaliyyətinin uğurlu nəticələrini vurğuladıq. Tərəfdaşlığın şaxələndirilməsi, dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin icrası və regionun inkişafına yönəlmiş təşəbbüslərin reallaşdırılması barədə müzakirələr apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
