18 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“2-ci Türk Ticarət Sərgisi”ndə KOB-lar üçün xüsusi stend qurulacaq

“2-ci Türk Ticarət Sərgisi”ndə KOB-lar üçün xüsusi stend qurulacaq

10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “2-ci Türk Ticarət Sərgisi” - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, forum-sərginin məqsədi Türk dövlətləri arasında ticarət, investisiya və texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək, yeni əlaqələrin qurulması, satış imkanlarını genişləndirməklə bizneslərin böyüməsinə dəstək olmaqdır.

Agentlik sərgidə mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin nümayiş olunması üçün xüsusi stend quracaq.

KOBİA-nın stendində ödənişsiz əsaslarla məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri 30 mayadək Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölməsində “Türk Ticarət Sərgisi” qeyd olunmalıdır).

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?