11 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan “The Saudi Food Show” sərgisində iştirak edib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində “The Saudi Food Show 2025” beynəlxalq qida sərgisi keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirib. Azərbaycan stendində təbii bal, qənnadı məmulatları, mineral sular, konservləşdirilmiş məhsullar, quru meyvələr, meyvə-tərəvəz və digər ərzaq məhsulları nümayiş olunub.

Ziyarətçilərə Azərbaycan məhsullarının keyfiyyəti, istehsal texnologiyaları və ixrac imkanlarını əks etdirən videoçarxlar təqdim edilib. Sərginin ilk günündən etibarən “Made in Azerbaijan” brendi böyük maraqla qarşılanıb. Xüsusilə konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, meyvə-tərəvəz və alkoqolsuz içkilər potensial idxalçılar tərəfindən maraq doğurub. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında bir sıra işgüzar görüşlər keçirilib, mümkün əməkdaşlıq istiqamətləri və ixrac imkanları ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, stenddə AZPROMO-nun nümayəndələri tərəfindən ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dəstək, Azərbaycanın investisiya imkanları və investorlara təklif olunan imtiyazlar barədə məlumat verilib, ziyarətçilərə bu mövzularda hazırlanan çap materialları təqdim edilib.

Qeyd edək ki, builki “The Saudi Food Show” sərgisində 47 ölkə, o cümlədən Kanada, Türkiyə, ABŞ, Meksika, Avstraliya, İspaniya, Pakistan, Braziliya, Meksika, Qətər və Hindistan milli stendlərlə təmsil olunub.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?