23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yaşıl enerji dəhlizində Azərbaycanın strateji mövqeyi vurğulanıb

Yaşıl enerji dəhlizində Azərbaycanın strateji mövqeyi vurğulanıb YENİLƏNİB

Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” mövzusunda investisiyaya baxış sessiyası keçirilib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə rəhbəri Natali Mouravidzenin moderatorluğu ilə keçirilən sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika nazirinin müavini Elnur Sultanov, “Masdar” şirkətinin baş maliyyə direktoru Mazin Xan, "McKinsey & Company" şirkətinin baş tərəfdaşı Yermolay Soljenitsin regional əməkdaşlıq, yaşıl enerji keçidi, dövlət-özəl sektor tərəfdaşlığı və digər məsələlər barədə sualları cavablandırıblar.

Sessiyada regional iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq dəyərlərin formalaşmasında önəmli rol oynayan yaşıl enerji dəhlizində Azərbaycanın enerji habı kimi strateji mövqeyi vurğulanıb. Ölkəmizdə yaşıl enerji keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işlər qeyd olunub.

Vurğulanıb ki, ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş razılaşmalar yaşıl enerjiyə keçid sahəsində regional əməkdaşlığı təşviq edir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, bərpa olunan enerji resursları yerli və xarici investorları cəlb edir. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələrdə özəl sektor fəal iştirak edir.

Bildirilib ki, ölkəmizin sənaye zonalarının enerji təchizatında yaşıl enerjidən istifadə, bu sahədə istehsalın lokallaşdırılması və bərpa olunan enerji layihələrinə sərmayə qoyuluşları önəm kəsb edir.

Sessiyada qeyd olunub ki, Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq edir və ölkəmiz bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır. Bu kommunikasiya Azərbaycanın regional tərəfdaşları, o cümlədən Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir.

Vurğulanıb ki, Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir. Ələt Azad İqtisadi Zonasında tranzit və sənaye zonalarının sinerjisi yaradılıb. Bu da regionun iqtisadi-ticarət potensialının artırılmasına xidmət edir.

Sessiyada investorlar ölkəmizlə rəqəmsal iqtisadiyyat, yaşıl enerji keçidi, logistika, sənaye kimi sahələrdə fəal əməkdaşlığa dəvət olunublar.

-----
16:54

“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində "Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi" mövzusunda investisiyaya baxış sessiyasında iştirak etdik. Regional iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq dəyərlərin formalaşmasında önəmli rol oynayan yaşıl enerji dəhlizində Azərbaycanın strateji mövqeyini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

“Ölkəmizdə yaşıl enerji keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işləri diqqətə çatdırdıq”,- nazir əlavə edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması