Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində Bankın prezidenti xanım Odil Reno-Basso ilə görüşməkdən məmnun olduq.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib:
"Ölkəmizin Bankla əməkdaşlığının prioritet istiqamətləri, yaşıl enerji və infrastruktur layihələrinin icrası barədə müzakirələr apardıq. Dayanıqlı iqtisadiyyata keçid üçün birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğuladıq", - nazir əlavə edib.

