Böyük Britaniya ilə ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 4,3 dəfə artaraq 323,3 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Böyük Britaniyaya ixrac: 74,59 milyon dollar (+5,9 dəfə)
Böyük Britaniyadan Azərbaycana idxal: 248,7 milyon dollar (+3,9 dəfə)
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 2,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,91 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi
