11 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə birgə İşçi qrup yaradılacaq

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə görüşüb.

Nazirliyin məlumatına görə, görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi qrupun yaradılması müzakirə olunub.

Tərəflər həmçinin ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi və ikitərəfli əməkdaşlığı ehtiva edən digər məsələlərə də toxunublar.

Ölkədə etibarlı və əlverişli biznes mühitinin, eləcə də böyük tranzit potensialının olduğunu xatırladan Məcnun Məmmədov əlavə edib ki, latviyalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.

Öz növbəsində səfir Edqars Skuya ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?