8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ASK Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası ilə əməkdaşlığı genişləndirir

Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) prezidenti Dinh Viet Hoa ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) görüş keçirilib.

ASK-nın məlumatına görə, görüşdə Konfederasiyanın prezidenti Məmməd Musayev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, əsasən turizm, ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlığın yüksək nəticələr verəcəyini, Azərbaycanın coğrafi mövqeyini, şimal-cənub, şərq-qərb dəhlizlərinin üzərində yerləşdiyini nəzərə alaraq üstün tranzit və logistika imkanlarını qeyd edib. Həmçinin işğaldan azad edilən Qarabağda investisiya mühiti haqqında geniş məlumat verib.
Vyetnam Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) prezidenti Dinh Viet Hoa ölkə rəhbərliyi üçün sahibkarlığın inkişafının əsas prioritet olduğunu qeyd edərək, bu istiqamətdə təşviq tədbirləri, sahibkarlar üçün təlim proqramları haqqında geniş təqdimat edib. Bildirib ki, Vyetnam 2030-cu ilədək ölkədə şirkətlərin sayının 940 mindən 2 milyona çatdırılmasını hədəfləyib.

Dinh, Azərbaycan vasitəsilə Vyetnamın kofe, tütün, dəniz məhsulları və s. kimi kənd təsərrüfatı məhsullarının qonşu ölkələrə ixrac potensialını qeyd edib. O, həmçinin ASK heyətini cari ildə Vyetnamda keçiriləcək Sahibkarlığın İnkişafı Forumuna dəvət edib.

Konfederasiya prezidenti Məmməd Musayev bu istiqamətlərdə əməkdaşlığın mümkünlüyünü qeyd edərək, ASK ilə Assosiasiya arasında anlaşma memorandumunun imzalanmasını təklif edib.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?