27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qaradağ GES-də 570 mindən çox günəş paneli quraşdırılıb

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin layihəsi əsasında 550 hektar ərazidə inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında (GES) 570 mindən çox günəş paneli quraşdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu barədə Mərkəzin əməkdaşlarının GES-ə səfəri zamanı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev məlumat verib.

Səfər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədinin icrasının (“Yaşıl enerji məkanı”) monitorinqi çərçivəsində reallaşdırılıb.

Cavid Abdullayevin sözlərinə görə, illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malik olan stansiya 110 milyon kubmetr təbii qazın qənaətinə və atmosferə atılan karbon emissiyalarının 200 min ton azalmasına imkan yaradır.

Qeyd edək ki, layihənin ümumi dəyəri 262 milyon ABŞ dolları təşkil edir və bu, ölkədə xarici investisiya hesabına reallaşdırılan ilk sənaye miqyaslı günəş elektrik stansiyası layihəsidir. Stansiyanın şəbəkəyə inteqrasiyası üçün 330 kilovoltluq yarımstansiya da inşa olunub.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?