19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilər, kənd təsərrüfatı, sənaye, logistika, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərən 110-dan çox sahibkar iştirak edib.

Forum çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Belarus Universal Əmtəə Birjası" ASC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Belarus Universal Əmtəə Birjası" ASC-nin İdarə Heyətinin sədri Aleksandr Osmolovski imzalayıblar.

Memorandumda Azərbaycan və Belarusun KOB subyektləri arasında ticarət sahəsində əlaqələrin inkişafına dəstək, qarşılıqlı olaraq ixtisaslaşmış beynəlxalq sərgi və digər tədbirlər barədə informasiya və təcrübə mübadiləsi, Belarus və Azərbaycan şirkətlərinin iştirakı ilə birgə tədbir və təlimlərin təşkili kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

Forumdakı çıxışında isə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə KOB-ların inkişafı, bu sahədə tətbiq olunan dəstək mexanizmləri, eləcə də hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və əlaqələrin genişləndirilməsinə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?