19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb

Azərbaycan Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb.

Mərkəzi Bankın məlumatına görə, sənəd özünüməşğul şəxslərin və mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşməsi, həmçinin bütövlükdə iqtisadi artımın dəstəklənməsində mikromaliyyə sektorunun rolunun artırılması istiqamətində nəzərdə tutulan təşəbbüsləri müəyyən edir.

Strateji çərçivə sənədi mikromaliyyənin hüquqi və tənzimləyici bazasının gücləndirilməsi, mikrokredit anlayışının qanunvericiliyə gətirilməsi, bank olmayan kredit təşkilatlarının institusional inkişafı və maliyyələşmə mənbələrinin diversifikasiyası, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərinin gücləndirilməsi üzrə prioritetləri əhatə edir. Sənəddə özünüməşğul əhali və ailə kəndli təsərrüfatlarının identifikasiyası sisteminin təkmilləşdiriməsi üzrə öncəliklər də əks olunur.

“Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi ilə bu linkdən tanış olmaq olar:

https://uploads.cbar.az/assets/c2c02b5f964ee71f307b63627.pdf

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?