19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AİŞ yüksək texnologiyalı damazlıq yumurta zavodunu istifadəyə verir

Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə Yevlax Aqroparkında müasir texnologiyalarla təchiz edilən damazlıq yumurta istehsalı zavodunun inşası davam edir.

Şirkətin məlumatına görə, layihə Azərbaycanda və beynəlxalq miqyasda fəaliyyət göstərən Moonwake investisiya şirkəti, ölkədə kənd təsərrüfatı və qida istehsalı sahələrində fəaliyyət göstərən LU-MUN investisiya şirkəti və aqro-sənaye layihələri üzrə qlobal inteqrator olan İsrail mənşəli Agri-Go şirkətinin tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

İllik 22 milyon ədəd istehsal gücünə malik olan müəssisə, ölkənin yerli istehsal imkanlarını genişləndirməklə idxaldan asılılığı azaltmağı və qida təhlükəsizliyini gücləndirməyi hədəfləyir.

Zavod üç əsas istehsalat sahəsindən ibarət olacaq. Onlardan birincisi – cücələrin saxlanıldığı ərazi artıq istifadəyə verilib və burada ilkin mərhələdə gətirilmiş cücələr saxlanılır. 2025-ci ilin fevral ayında zavoda gətirilmiş 62 min cücənin sağlam inkişafını təmin etmək üçün nəzərdə tutulan beş peyvəndləmə mərhələsindən üçü artıq həyata keçirilib. Digər iki mərhələnin yaxın aylarda icra olunması planlaşdırılır. Zavodun digər iki əsas sahəsinin tikintisi isə davam edir. Bu sahələrin 2025-ci ilin iyul və dekabr aylarında istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda zavodda 56 nəfər işçi çalışır. Gələcəkdə müəssisənin tam istismara verilməsi ilə bu sayın artırılması və bölgədə əlavə iş yerlərinin yaradılması gözlənilir. Bu, Yevlax və ətraf rayonlar üçün mühüm sosial-iqtisadi əhəmiyyət daşıyır. Eyni zamanda layihə kənd təsərrüfatı sahəsində texnoloji yeniliklərin tətbiqi və davamlı inkişafı baxımından mühüm addımdır.

Bu layihə həm regionun iqtisadi inkişafına, həm də kənd təsərrüfatı məhsullarının keyfiyyətli və davamlı istehsalına töhfə verir. Yerli resurslara əsaslanan bu təşəbbüs kənd təsərrüfatı sektorunun dayanıqlığını və rəqabətqabiliyyətini artırmağa xidmət edir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?