24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Böyük Britaniya sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur

Böyük Britaniya sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur

Böyük Britaniya 37 milyard dollardan çox sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Londonda keçirilən Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif sahələrdə 500-dən çox Britaniya şirkətinin aktiv fəaliyyəti, cari ilin 1-ci rübündə ikitərəfli ticarət dövriyyəsinin 4 dəfə artması ölkələr arasında iqtisadi tərəfdaşlığın dinamik inkişafının göstəriciləri kimi qiymətləndirilir.

Nazir qeyd edib ki, Azərbaycanın neft-qaz sektoruna 35 milyard dollardan artıq sərmayə qoymuş bp ilə uzunmüddətli tərəfdaşlıq Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu davam etdirməsi, AÇG yatağında hasilatın sabitləşdirilməsi və maksimum səviyyəyə çatdırılması ilə yanaşı, yeni layihələrin icrası istiqamətində də genişlənir.

“Şəfəq” Günəş Elektrik Stansiyasının fəal tikinti mərhələsinə tezliklə start veriləcək. Bu layihə bp ilə yaşıl enerji və neft-qaz sənayesinin dekarbonizasiyası sahəsində əməkdaşlığımızın qabaqcıl nümunəsidir. Biz, eyni zamanda, digər Britaniya şirkətləri və investorları ilə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazırıq. Enerji keçidi, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələr üçün Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (UKEF) tərəfindən nəzərdə tutulan 5 milyard funt sterlinq həcmində kredit zəmanəti isə ikitərəfli iqtisadi tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə mühüm töhfə verə bilər”, - nazir əlavə edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması