1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

7-ci qrant müsabiqəsinə dair məlumatlandırıcı tədbir keçiriləcək

Mayın 5-də saat 15:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək üçün elan edilmiş 7-ci qrant müsabiqəsinə dair onlayn formatda məlumatlandırıcı tədbir keçiriləcək.

Tədbirin təşkilində məqsəd 7-ci qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi və müsabiqə barədə KOB subyektlərini maraqlandıran sualların cavablandırılması və onları məlumatlandırmaqdır.

KOB subyektləri aşağıdakı linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/85982147559?pwd=pGCsDNyV6ORED4YWWxuoW5dpglxvfH.1

Meeting ID: 859 8214 7559

Passcode: 882073

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar onların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir və 14 may 2025-ci il saat 18:00-da başa çatacaq. Müsabiqəyə sənəd qəbulu elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir. Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: https://bit.ly/3RLwxtQ

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?