22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İlkin biznes layihələrinin maliyyələşdirilməsi qaydaları müəyyənləşib

İlkin biznes layihələrinin maliyyələşdirilməsi qaydaları müəyyənləşib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan Kiçik və orta biznesin (KOB) inkişafı mərkəzləri yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi verəcək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil edəcək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək üçün təkliflər hazırlayaraq Agentliyə təqdim edəcək. "APA-Economics"in məlumatına görə, bu haqda məlumat avqust ayından qüvvəyə minəcək "Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə" və "Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə"də əksini tapıb.

KOB inkişaf mərkəzlərinin vəzifələri sırasına startapların qeydiyyatı sistemini yaratmaq və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək, eləcə də donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və KOB-ları dəstəkləyən layihələrini əlaqələndirmək, birgə təşəbbüslər həyata keçirmək üçün təkliflər hazırlamaq da daxil edilib. KOB inkişaf mərkəzləri startaplar üçün biznes inkubatorlarının, biznes akseleratorlarının tapılması və bu tipli mexanizmlərin yaradılması və ya onların nümayəndəliyinin açılması işini də təşkil edəcək.

Əsasnaməyə əsasən, KOB inkişafı mərkəzinin fəaliyyətinə Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. KOB inkişafı mərkəzinin direktoru KOB inkişafı mərkəzinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?