17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkəmizdə yeni və nəhəng enerji layihəsi gerçəkləşdirilir

Ölkədə tikilən 2 qiqavat bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün respublikanın ən böyük yarımstansiyalarından biri tikilir.

“AzərEnerji” ASC-nin məlumatına görə, müəssisə tərəfindən 500/330 kilovoltluq yeni “Nəvai” yarımstansiyası inşa edilir və oradan ölkənin müxtəlif istiqamətlərinə yüksəkgərginlikli ötürmə xətləri çəkilir. Layihə iki mərhələdən ibarətdir.

Birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvaidən Abşerona 500 kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. İcra qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb və birinci mərhələ üzrə işlərin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bununla “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerji sisteminə qoşulması öhdəliyi yerinə yetiriləcək.

Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya Bankının krediti hesabına “Nəvai” yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator və əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron, və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə 3 il müddətinə icra olunması nəzərdə tutulub.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?