22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Distant təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir.

Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.

Yeni dövlət standartı Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?