18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda elektron xidmətlərdən istifadə dairəsi genişlənib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elektron xidmətlərin ölkə üzrə vahid sistemlərə inteqrasiyası davam edir.

Nazirliyin məlumatına görə, bunu Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov “Hərracların Təşkili Mərkəzi”nin açılış mərasimində bildirib.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara və sahibkarlara ümumilikdə 190 xidmət göstərilir, onlardan 110-u elektronlaşdırılıb, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və onun tabeli qurumları 9 elektron informasiya sisteminə inteqrasiya olunub.

Nazir müavini bildirib ki, bu inteqrasiya sayəsində vergi orqanlarında məlumatların saxlanılması və emalı prosesi asanlaşıb, eyni zamanda operativ informasiya mübadiləsi təmin edilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tətbiq edilmiş müasir vergi inzibatçılığı nəticəsində 1 yanvar 2023-cü illə müqayisədə 1 aprel 2025-ci il tarixə Asan İmza sertifikatlarının sayı 2,2 dəfə artaraq 19534-dən 43643-ə çatdırılıb.

Dövlət əmlakının idarə olunması və daşınmaz əmlakın qeydiyyatı sahəsində informasiya texnologiyalarının tətbiqi və elektronlaşdırma istiqamətində mühüm addımlar atıldığını vurğulayan Abbas İsmayılov bildirib ki, 2024-cü il ərzində elektron xidmətlər vasitəsilə daxil olan müraciətlərin sayı 2023-cü illə müqayisədə 4,8 dəfə, 2025-ci ilin ilk 3 ayında isə ötən ilin müvafiq dövrünə nisbətən 40,3 faiz artıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri