14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıdakı Qırğızıstan Ticarət Evi ölkələrarası əməkdaşlığı gücləndirəcək

Bakıdakı Qırğızıstan Ticarət Evi ölkələrarası əməkdaşlığı gücləndirəcək

Bakıda Türk Ticarət Mərkəzinin platformasında Qırğızıstanın Ticarət Evi fəaliyyətə başlayıb.

Ticarət və sərgi zonalarından ibarət məkanda Qırğızıstan istehsalçılarının malları, ölkənin investisiya layihələri və turizm imkanları nümayiş etdirilir.

Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov “vergiler.az”a bildirib ki, Türk Ticarət Mərkəzi türk dövlətlərindən olan bizneslərin kompakt şəkildə mövcud olduğu yer, onların əməkdaşlıq perspektivlərini müzakirə edə biləcəkləri bir məkandır.

Türk dövlətlərinin məhsullarının qlobal bazara vahid brend altında çıxması sualına münasibət bildirən səfir bunun biznes qurumları tərəfindən müsbət qarşılanacağını qeyd edib: "Əgər biz qlobal bazarda daha çox iştirak etmək üçün səylərimizi birləşdirsək, o zaman hamı bunu dəstəkləyəcək. Çünki bu, hamı üçün faydalı olacaq".

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?