19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda 3 günlük “CryptoA2Z” təlim proqramı keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi və dünyanın aparıcı kriptovalyuta tədris platformalarından olan “Binance Academy”nin birgə təşkilatçılığı ilə İnnovasiyalar Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Təlim Mərkəzində 3 günlük intensiv “CryptoA2Z” təlim proqramı keçirilib.

Mərkəzin məlumatına görə, bu təşəbbüs ötən il 4SİM və "Binance" şirkəti arasında imzalanan memorandum çərçivəsində həyata keçirilib. Memorandumun əsas məqsədi Azərbaycan gənclərini və mütəxəssislərini Web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərlə təmin etməkdir.

Bu əməkdaşlıq çərçivəsində kurikulumların hazırlanması, sənaye ekspertləri tərəfindən mühazirələrin keçirilməsi və təlimçilər üçün birgə seminarların təşkili nəzərdə tutulur.

Kriptovalyuta və blokçeyn texnologiyalarına maraq göstərən, həmçinin bu sahəyə yeni başlayan şəxslər üçün nəzərdə tutulan təlimlərə ölkə üzrə qeydiyyatdan keçmiş 160-dan çox iştirakçı qatılıb.

Tədris proqramının əsas məqsədi Azərbaycanda kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində ictimai maarifləndirməni artırmaq, rəqəmsal maliyyə alətlərinin praktiki əhəmiyyətini nümayiş etdirmək və bu sahədə yerli və beynəlxalq əməkdaşlıq perspektivlərini gücləndirməkdir.

Təlim proqramı çərçivəsində iştirakçılara kriptovalyutanın yaranma tarixi, əsas anlayışları və blokçeyn texnologiyasının işləmə prinsipləri – o cümlədən desentralizasiya, şəbəkə strukturu və tranzaksiya prosesləri barədə ətraflı məlumat verilib. Proqramda həmçinin kripto təhlükəsizliyi, istifadəçi məlumatlarının qorunması yolları, eləcə də memkoinlər, DeFi (desentralizasiya olunmuş maliyyə), NFT və Web3 texnologiyaları ilə bağlı ilkin biliklər də əhatə olunub. Təlim iştirakçıları praktiki şəkildə kripto hesabların yaradılması və istifadəsi ilə tanış olub, kriptonun real həyatdakı tətbiq sahələri və iqtisadi imkanları ilə bağlı nümunələr üzərində işləyiblər. Eyni zamanda, proqramda bu sahədə karyera perspektivləri və innovativ startap imkanlarına dair faydalı istiqamətlər təqdim edilib.

Təlimlər interaktiv və praktiki yanaşma əsasında aparılıb. İştirakçılara kripto hesablar və tranzaksiya prosesləri barədə məlumat verilib, viktorinalar, oyunlar və sual-cavab sessiyaları təşkil edilib.

Proqramın sonunda aktiv iştirakçılara “Binance” şirkəti tərəfindən rəsmi sertifikat, xüsusi hədiyyələr və platformada depozit imkanları təqdim olunub.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?