14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gündüz Kərimov: “Sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından fəal istifadə etməlidirlər”

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından fəal istifadə etməlidirlər.

Bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

“Prezident İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə sahibkarların bu tip tikinti obyektləri üçün sadələşdirilmiş icazə proseduru nəzərdə tutulub. Fərman faktiki olaraq qeyri-yaşayış sahələrində tikinti amnistiyası elan edir. İş adamlarını bu fürsətdən daha aktiv istifadə etməyə çağırırıq”, - deyə Gündüz Kərimov qeyd edib.

PA-nın şöbə müdiri bildirib ki, konfrans əlamətdar hadisələrə həsr olunub: “Bu ilin noyabrında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiyamızın 30 illiyi tamam olur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfərin 5 ili tamam olur. Eyni zamanda, “Sahibkarlar Günü”nün təsis edilməsinin 10-cu ildönümünə qədəm qoyuruq. Konstitusiyamızda bir sıra əhəmiyyətli məsələlər təsbit edilib. Bunlar mülkiyyətin qorunması, sahibkarlığın inkişafı və digər vacib konsepsiyalardan ibarətdir. Artıq Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ Azərbaycanın suverenliyinin tam bərpa olunmasından, yeni regional gündəliyin bərqərar olunmasından, regional inkişafın, kommunikasiyaların açılmasından ibarətdir. Bunlarla yanaşı, işğaldan azad olunan ərazilərdə yeni iş yerlərinin yaradılması iqtisadiyyatın təşkilini şərtləndirir”.

AZƏRTAC

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?