8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İİTKM DİF-in “Strategic Intelligence” platformasına məzmun təchizatçısı kimi üzv olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” (Strateji zəka) platformasına məzmun təchizatçısı olaraq üzv olub. İİTKM bu platformada məzmun təminatçısı statusunu əldə edən ilk dövlət qurumudur.

Süni intellekt əsasında işləyən bu platforma istifadəçilərə 250-dən çox mövzu üzrə ən aktual strateji məsələləri araşdırmaq, ən son tendensiyaları izləmək imkanı verir. Məlumatlar “transformation map” adlı interaktiv və dinamik məlumat vizuallaşdırması vasitəsilə təqdim olunur. Transformasiya xəritələri istifadəçilərə mövzular arasındakı əlaqələri dərinləşmiş şəkildə araşdırmağa və anlamağa kömək edir.

Platformada qlobal beyin mərkəzləri, dünyanın aparıcı universitetləri, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat institutları məzmun təchizatçısı kimi çıxış edir.

Bu əməkdaşlıq İİTKM-nin ölkəmizin iqtisadi nailiyyətlərini, yerli və qlobal məsələlərlə bağlı ekspert rəylərini, eləcə də müxtəlif sahələrdəki aktual inkişafları daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradacaq.

Strateji zəka platforması, həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirmək və qlobal miqyasda iqtisadiyyat, sənaye, enerji və digər mühüm sahələrdə ölkəmizin nailiyyətlərini tanıtmaq üçün əvəzsiz bir vasitə rolunu oynayacaq.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?