25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elnur Əliyev: “Aparılan islahatlar nəticəsində şəffaflıq səviyyəsi yüksəlib”

Son illərdə aparılan islahatlar nəticəsində iqtisadiyyat xeyli dərəcədə “ağardılıb”, şəffaflıq səviyyəsi yüksəlib.

Bu sözləri "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Konstitusiya və Suverenlik”: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda çıxışında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Elnur Əliyev vurğulayıb ki, vergi daxilolmaları və əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb.

"Sahibkarlar büdcə gəlirlərinin formalaşmasında önəmli rol oynayırlar. 2025-ci ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 3,2 milyard manatdan çox olub. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu göstərici 11 faiz çox olub. Həmçinin, biznesin sosial məsuliyyəti də yüksəlib. Sosial təşəbbüslərlə çıxış edən iş adamlarının sayı getdikcə çoxalır. Özəl sektorda bu cür müsbət dəyişikliklər sevindiricidir",- Elnur Əliyev qeyd edib.

Nazirin birinci müavini əlavə edib ki, dövlət daim müxtəlif platformalarla sahibkarları dəstəkləyir. Sənaye zonalarında sahibkarlar üçün dövlət tərəfindən infrastruktur yaradılıb və stimullar tətbiq olunur: "2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan və respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən sənaye zonalarında investisiya portfeli 1 milyard manatdan çox 96 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən layihələr çərçivəsində ümumilikdə 11 minədək iş yerinin yaradılması nəzərdə tutulur".

Elnur Əliyev bildirib ki, ölkə iqtisadiyyatının diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası da mərhələli şəkildə investorların istifadəsinə verilir. Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər zonaya olan marağı artır.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?