14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AİŞ işğaldan azad edilmiş ərazilərdə yerli istehsala dəstək verir

AİŞ işğaldan azad edilmiş ərazilərdə yerli istehsala dəstək verir

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı iqtisadi inkişafının təmin olunması istiqamətində mühüm addımlar atmaqda davam edir.

Şirkətin məlumatına görə, bu məqsədə sadiq qalaraq, AİŞ həmin regionlarda reallaşdırılan bir sıra strateji layihələrə investisiya yatırıb. Bu layihələrdən biri də AİŞ-in 2024-cü ildə investisiya yatırdığı Ağdam Sənaye Parkında yerləşən “Bafco İnvest” MMC-dir.

BAFCO region üçün əhəmiyyətli istehsal müəssisələrindən biridir. Almaniyanın müasir “Desma” avadanlığı ilə təchiz olunmuş zavod ildə 510 min cüt xüsusi təyinatlı işçi ayaqqabısı və poliuretan materialından çəkmə istehsal etmə gücünə malikdir.

Zavod 2024-cü ilin aprel ayından istehsalat fəaliyyətinə başlayıb və hazırda burada 65 nəfər daimi işlə təmin olunub. Gələcəkdə istehsal gücünün artırılması ilə əlaqədar yeni iş yerlərinin yaradılması da nəzərdə tutulur.

Şirkət məhsullarını müxtəlif sənaye sahələrində çalışan işçilərin təhlükəsizlik və rahatlıq ehtiyaclarını maksimum səviyyədə təmin etmək məqsədilə hazırlayır. Qeyd etmək lazımdır ki, BAFCO tərəfindən istehsal olunan məhsulların keyfiyyəti EN ISO 20345:2022, EN ISO 20347:2022, ISO 9001:2015, ISO 45001:2018 və ISO 14001:2015 kimi nüfuzlu beynəlxalq sertifikatlarla təsdiqlənib. Beləliklə, BAFCO yerli bazarla yanaşı, ixrac istiqamətində də fəaliyyətini genişləndirməkdədir. Artıq Qazaxıstan, Rusiya və digər ölkələrin şirkətləri ilə ixrac müqavilələri imzalanıb və məhsulların xarici bazarlara çıxarılması istiqamətində praktiki addımlar atılıb.

AİŞ-in bu cür təşəbbüsləri təkcə işğaldan azad olunmuş ərazilərin iqtisadi canlanmasına deyil, həm də ölkənin sənaye potensialının gücləndirilməsinə dəstək göstərir.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?