24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların yaşıl layihələrinin maliyyələşdirilməsinə 450 min manat qrant ayrılıb

KOB-ların yaşıl layihələrinin inkişaf etdirilməsinə və yaşıl iqtisadiyyata keçidə töhfə verə biləcək təşəbbüslərinin reallaşdırılmasına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən indiyədək 27 layihəyə 450 min manatdan çox qrant ayrılıb, 10-dan çox “Startap” şəhadətnaməsi verilib.

Agentliyin məlumatına görə, KOBİA-nın təşəbbüsü və sahibkarların müraciəti əsasında təkrar emal və resurslardan səmərəli istifadə üzrə Agentlik tərəfindən 3 daxili bazar araşdırması aparılıb. Bu istiqamətdə bugünədək KOBİA 250 təlim təşkil edib. KOB subyektlərinin yaşıl layihələrinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib. Sahibkarların yaşıl iqtisadiyyat ilə bağlı məlumatlandırılması, yaşıl biznesin təşviqi üzrə Bakıda və ölkə regionlarında 250-dən çox sahibkarın iştirakı ilə sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunub.

Yaşıl təşəbbüs və layihələri olan sahibkarlar “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, qrant, təlim, məsləhət xidməti və satışa dəstək üçün KOBİA-ya müraciət edə bilərlər.

2024-cü ildə KOBİA-nın təşəbbüsü və dəstəyi ilə “Yaşıl biznesin idarəedilməsi sistemləri” və “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartları hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub, ESG üzrə vahid rəqəmsal platforma (https://esghub.az/) istifadəyə verilib. Həmçinin, sahibkarlar ətraf mühitə göstərdikləri təsiri ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən yaradılmış özünüqiymətləndirmə platformasından (https://yb.smb.gov.az/) istifadə edə bilərlər. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək və müvafiq sualları cavablandıraraq enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirməklə zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?