25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan vətəndaşlarının xarici birjalara çıxışı üçün daha bir addım

Bakı Fond Birjası (BFB) Əbu-Dabidəki birja ilə əməkdaşlığı dərinləşdirməyə çalışır. Artıq bununla bağlı ikitərəfli memorandum imzalanıb. “vergiler.az” xəbər verir ki, bu barədə jurnalistlərə BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov məlumat verib.

R.Xəlilovun sözlərinə görə, BFB region ölkələrinin birjaları ilə daha sıx inteqrasiya etməyi planlaşdırır. Məqsəd yerli broker və investisiya şirkətlərinin xarici bazarlara çıxışını asanlaşdırmaq, eyni zamanda xarici iştirakçıların da Azərbaycan bazarına inteqrasiyasını təmin etməkdir: "Əbu- Dabidə fəaliyyət göstərən hər hansı bir broker və yaxud investisiya təşkilatı BFB-nin məsafədən üzvü olaraq, bizim bazarda öz məhsullarını təqdim edə bilər. Eyni zamanda, Azərbaycandakı hər hansı broker şirkəti də Əbu-Dabi, Oman, yaxud Qazaxıstan birjalarına qoşula bilər".

R.Xəlilov qeyd edib ki, qarşılıqlı əməkdaşlıq və əlaqələrin qurulması qiymətli kağızlar bazarının həm tələb, həm də təklif baxımından genişlənməsinə səbəb ola bilər. Lakin bu istiqamətdə bəzi hüquqi çətinliklər mövcuddur. Hüquqi-normativ aktlarda müvafiq dəyişikliklərin gözlənildiyini deyən sədr bunun mərhələli şəkildə həyata keçirilən transformasiya olduğunu vurğulayıb. Onun sözlərinə görə, son 3-4 ayda texniki diaqnostika aparılıb, ticarət sistemləri və infrastrukturun gücləndirilməsi istiqamətində işlər görülüb.

Hazırda qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş aparılır. Bu barədə açıqlama verən Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müşaviri Vüqar Əliyev bildirib ki, 2025-ci ilin sonuna "Kapital bazarları haqqında” qanunvericilik paketinin həm ölkə Prezidentinə, həm də Nazirlər Kabinetinə təqdim edilməsi planlaşdırılır. Bunun kapital bazarlarında yeni mərhələ olacağını deyən V.Əliyev vurğulayıb ki, kapital bazarlarının fundamental olaraq inkişaf etdirilməsi üçün böyük layihə həyata keçirilir. AMB buraya təkcə kapital bazarları sektorunu deyil, digər sektorları da cəlb edib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?