13 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının onlayn iclası keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla videokonfrans formatında görüşüb.

Görüşdə dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında investisiya qoyuluşu, Azərbaycanın sənaye zonaları, xüsusilə də Qarabağda qida və sənaye üzrə birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial var. Bu imkanların reallaşdırılması istiqamətində işlər davam etdirilir.

Tərəflər Azərbaycan - Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd edərək, sərmayələr sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüblər.

Görüş çərçivəsində Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib. İclasda qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

-----
16:54

“Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Laziz Kudratovla videokonfrans formatında görüşümüz oldu. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd etdik, eləcə də potensial əməkdaşlıq istiqamətləri və birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Görüş çərçivəsində Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının onlayn qaydada iclası keçirilib. “İclasda şirkətin fəaliyyəti, qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”,- nazir əlavə edib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?