31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZAL bir sıra istiqamətlərdə uçuşların sayını artıracaq

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) may ayından etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyini artıracaq.

QSC-nin məlumatına görə, belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq.

Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək.

Yay uçuş cədvəli çərçivəsində AZAL tərəfindən Avropa şəhərlərinə həyata keçirilən reyslərin tezliyi də artırılır. Belə ki, 1 aprel tarixindən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir, 13 may tarixindən etibarən isə bu istiqamətdə gündəlik uçuşlar yerinə yetiriləcək.

Artan tələbatı nəzərə alaraq, 2025-ci ilin aprel ayından Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslərin sayı həftədə 5 dəfəyə çatdırılıb. Mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə 6 dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?