17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə ticarət nazirinin müavini Ağdam Sənaye Parkında olub

Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri ilə tanış olub. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə keçirilən görüşdə qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə, eyni zamanda Ağdam Sənaye Parkında görülmüş işlər, investorlar üçün cəlbedici imkanlar, sahibkarlıq fəaliyyəti üçün yaradılmış infrastruktur, tətbiq edilən vergi, gömrük və digər güzəştlər barədə məlumat verilib.

Bildirilib ki, dövlət başçısı cənab İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qarabağla digər bölgələrin qovşağında yerləşən Ağdam Sənaye Parkı rezident sayına görə ölkə üzrə sənaye parkları arasında ikinci yerdədir. Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçirilir.

Nümayəndə heyəti parkın ərazisində yerləşən istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Türkiyə nümayəndə heyəti səfər çərçivəsində Xankəndi və Şuşa şəhərlərində olub, tarixi yerləri ziyarət edib, bərpa və yenidənqurma işləri ilə maraqlanıb.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?