25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib

Aprel, may və iyun ayları ərzində ixracla məşğul olan və ixraca hazırlaşan sahibkarlar üçün təlimlər keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan təlimlərin məqsədi ixracatçı sahibkarların beynəlxalq bazarlara çıxış imkanları barədə məlumatlandırılması və ixrac proseslərini effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır.

Aprel ayı üzrə ilk onlayn təlim “İxracın əsasları: Haradan başlamaq lazımdır?” və "Logistika və təchizat zəncirinin idarə edilməsi" mövzularına həsr olunub. Təlimdə Kanada İxracın İnkişafı Agentliyinin əməkdaşı, beynəlxalq ticarət sahəsində ekspert Samir Musayev tərəfindən təlimdə şirkətin ixraca hazırlığı, hədəf bazarının seçilməsi, tələbin və rəqiblərin təhlili, ixrac prosesinin əsas mərhələləri, logistika sahəsində etibarlı tərəfdaşların seçilməsi, nəqliyyat xərclərinin optimallaşdırılması, çatdırılma ilə bağlı zamanın və risklərin idarə edilməsi ilə bağlı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Ümumilikdə təlimdə 20-yə yaxın sahibkar iştirak edib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?