15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Qazaxıstana meyvə tədarükünə görə TOP-5 ölkə sırasındadır

Ötən il Qazaxıstana 835 min tondan çox meyvə və giləmeyvə idxal edilib ki, bu da 2023-cü illə müqayisədə 33,3 faiz çoxdur. İdxal Qazaxıstana 455,7 milyon dollara başa gəlib.

Qazaxıstanın Milli Statistika Bürosu və Dövlət Gəlirləri Komitəsinin hesabatına əsasən, yerli bazarda nar, kivi, çiyələk, moruq, feyxoa və xurma məhsullarına tələbat daha çox olub. Onların idxalı təxminən iki dəfə artaraq 87 min tona çatıb. Hesabat dövründə bu kateqoriyadan məhsulların ilk beş təchizatçısı sırasına Rusiya (35,2 min ton), Özbəkistan (15,9 min ton), Çin (13,5 min ton), İran (10,8 min ton) və Azərbaycan (2,5 min ton) daxil olub.

Bununla yanaşı, ötən il Qazaxıstana 10,3 faiz çox (73,2 min ton) şaftalı, gilas, gavalı və ərik idxal olunub.

Bu məhsullar üzrə TOP-5 təchizatçı ölkə Özbəkistan (35 min ton), Çin (23 min ton), Qırğızıstan (8 min ton), Tacikistan (4,5 min ton) və Azərbaycan (944 ton) olub.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?