11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı 2,5 faiz artıb

2025-ci ilin yanvar-mart aylarında ölkədə 29892,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,5 faiz artıb.

ÜDM istehsalının 37 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2922,2 manata bərabər olub.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?