12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” Pakistan Mineral İnvestisiya Forumunda iştirak edib

“AzerGold” Pakistan Mineral İnvestisiya Forumunda iştirak edib

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev İslamabad şəhərində Pakistan Mineral İnvestisiya Forumunda iştirak edib.

QSC-nin məlumatına görə, Forumda Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə məlumat verilib, təbii ehtiyatlardan səmərəli istifadə, müasir texnologiya və innovasiyaların tətbiqi və dağ-mədən sahəsinin dayanıqlı inkişafına dair müzakirələr aparılıb.

Qeyd edək ki, ölkə hüdudlarından kənarda fəaliyyətini genişləndirərək, beynəlxalq mədənçilik şirkətinə çevrilməyi əsas strateji hədəflərindən biri olaraq müəyyənləşdirən “AzerGold” mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrlə əməkdaşlığın gücləndirilməsi, ortaq layihələrin icrası istiqamətində fəal iş aparmaqdadır.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?