17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı–Tbilisi–Ceyhan kəməri ilə indiyədək 3,2 milyard bareldən çox xam neft daşınıb

İlin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 16 milyon ton (120 milyon bareldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 149 tankerə yüklənib. "BP Azerbaijan" şirkətindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında BTC üzrə əməliyyat xərclərinə təxminən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar sərf olunub.

1.768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ikinci rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 432 milyon tondan çox (təxminən 3,2 milyard bareldən artıq) xam neft nəql olunub və Ceyhan limanında 4 min 234 tankerə yüklənərək dünya bazarına göndərilib. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

"BTC Co."nun səhmdarları belədir: BP (30,1 faiz), "AzBTC" (25 faiz), "Chevron" (8,9 faiz), "Equinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,4 faiz), "Inpex" (2,5 faiz), "ExxonMobil" (2,5 faiz) və "ONGC (BTC) Limited" (2,36 faiz).

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri