28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının Sərəncamı ilə təsis edilmiş dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüşlər keçirib. İqtisadiyyat naziri müsabiqədə əldə etdikləri uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların peşəkar inkişafında önəmini vurğulayıb.

Görüşdə qaliblərin maraq dairələri və karyera hədəfləri, Mentorluq proqramından gözləntiləri dinlənilib. Proqram çərçivəsində görüləcək işlər və gənclərin peşəkar səriştələrinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Yeni iqtisadi tendensiyalar, sahibkarlığın inkişafı kimi məsələlər ətrafında da müzakirələrin aparıldığı görüşdə iqtisadiyyat naziri gənc və yüksək ixtisaslı kadrların ölkənin iqtisadi inkişafına verdiyi töhfəni vurğulayıb. Hər iki qalibə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?