24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çiyələk əkinlərinin sığortalanmasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində çiyələk əkinlərinin sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, bu təsərrüfatların sahibləri əkinlərini 50 faiz güzəştli şərtlərlə sığorta edə bilərlər.

Qeyd edək ki, ümumilikdə təkcə cənub bölgəsində 1500 hektara yaxın çiyələk əkini mövcuddur. Quba-Xaçmaz və Qazax-Tovuz regionlarında da 400 hektardan artıq çiyələk sahəsi salınıb. Çiyələk bağlarında orta məhsuldarlıq hektardan təqribən 10 ton təşkil edir. Ən böyük məhsuldarlıq isə Cəlilabadda müşahidə edilir – hektardan 32 tona yaxın.

Çiyələyin əkini və yetişdiyi dövr ilin mürəkkəb iqlim şəraitinə təsadüf edir. Yaz ayları çoxsaylı təbiət hadisələri ilə zəngindir, təsadüfi deyil ki, iqlimi nisbətən sakit olan cənub bölgəsində də yaz aylarında baş verən güclü yağışlar və selsubasma çiyələk sahələrinə zərər vurur, fermerləri ziyana salır.

Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən (asf.gov.az) tanış olmaq olar.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?