20 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda alternativ enerji mənbələrinin payı 53 faizə çatır

Bu ilin mart ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarında 29,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Muxtar respublikanın Dövlət Energetika Xidmətinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi elektrik enerjisi istehsalında istilik elektrik stansiyalarının payı 14,5 faiz azalıb, su elektrik stansiyalarının payı 8,9 faiz, günəş elektrik stansiyalarının payı 5,5 faiz artıb.

Elektrik enerji istehsalı üzrə göstəricilər:

- İstilik elektrik stansiyaları - 13,92 milyon kilovat-saatı (47,2 faiz),

- Su elektrik stansiyaları - 9,34 milyon kilovat-saatı (31,6 faiz),

- günəş və külək-günəş hibrid elektrik stansiyalarında - 6,25 milyon kilovat-saatı (21,2 faiz).

Alternativ və bərpaolunan enerji mənbələrində 15,59 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu göstərici ümumi enerjinin 52,8 faizini təşkil edir.

VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?