21 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsinə yeni qaydalar tətbiq olunacaq

Avropa İttifaqı-Azərbaycan tvinninq layihəsinin təqdimatı keçirilib. Təqdimatda çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Azərbaycanda təsdiq olunan kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində subsidiyaların yeni qaydalarla verilməsi kənd təsərrüfatında tətbiq edilən subsidiyaların vahid mexanizmlə verilməsini nəzərdə tutur. Onun sözlərinə görə, burada elektron imkanların tətbiqi və fermerlərin birdən çox sahə üzrə subsidiya müraciətlərinin vahid mexanizm üzrə əhatə ediləcək: "Eyni zamanda subsidiyaların əldə edilməsi üçün fermerlər tərəfindən xərclərin azalmasında müraciətlərin elektron sistem üzərindən operativ qaydada həyata keçirilməsi təmin olunacaq, o cümlədən onların sənədləşmə prosesinin artıq bir dəfə aparılması ilə prosesdə operativliyin təmin edilməsi ilə yanaşı, sənədləşmənin sadələşdirilməsi də əldə olunacaq".

İlhamə Qədimova əlavə edib ki, yeni qaydaya əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında baza məbləği 200 manat müəyyən edilib və yeni mexanizmə uyğun olaraq həmin baza məbləğinə tətbiq ediləcək bitkiçilik sahəsində subsidiyaların hesablanmasında yeni yanaşma tətbiq olunub: "Nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına subsidiya verilməsi üçün xidmət reqlamentləri hazırlanır. Bu qaydalar 2020-ci ilin yanvar ayının 1-dən etibarən tətbiq olunacaq".

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?