15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Haysam Əl-Qays: “Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib”

2025-ci ilin 3-5 iyun tarixlərində regionun ən önəmli enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) 30-cu yubileyini qeyd edəcək.

“Caspian Event Organisers” şirkətindən verilən məlumata görə, “Baku Energy Week”in əsas hadisəsi isə 4–5 iyun tarixlərində keçiriləcək “Baku Energy Forum”dur. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, investorları və biznes nümayəndələrini hər il bir araya toplayır.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays “Baku Energy Forum” 2025 iştirakçılarına salamlama məktubu ünvanlayıb. Məktubda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm bir platforma olduğu vurğulanır: “OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinin (DoC) vacib iştirakçısı olan Azərbaycan əsas enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib. Bu, COP29-da aydın şəkildə özünü göstərdi və şübhəsiz ki, regionun enerji təqvimində önəmli yer tutan 30-cu Bakı Enerji Forumunda bir daha vurğulanacaq”.

“Baku Energy Week”ə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?