24 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Apple” şirkəti ilə əməkdaşlıq çərçivəsində Təlim-Tədris və Sertifikasiya Mərkəzi yaradılacaq

Azərbaycanda “Apple” şirkəti ilə əməkdaşlıq çərçivəsində Təlim-Tədris və Sertifikasiya Mərkəzinin yaradılması planlaşdırılır.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mərkəzdə müəllimlərə "Apple"in əməliyyat sisteminin tədrisi nəzərdə tutulur: “Öncə müəllimlər öyrədiləcək, daha sonra onlar vasitəsilə tələbələr üçün ödənişsiz dərslər təşkil ediləcək. Beləliklə, bu proqram təminatını öyrənən vətəndaşlar Azərbaycanda rəqəmsallaşma prosesinə ciddi töhfə verəcəklər - mobil tətbiqlərin yaradılmasında, formalaşmasında və geniş vüsət almasında. Eyni zamanda, onlar “Apple” şirkəti tərəfindən sertifikat almış olacaqlar. Bu, həm də onların xarici bazarlarda fəaliyyət göstərməsi üçün kifayət qədər imkan yaradacaq",- F.Cəfərov qeyd edib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?