27 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold”la Pakistan şirkəti arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Pakistanın “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QSC-dən verilən məlumata görə, görüşdə İdarə Heyətinin sədri “AzerGold”un fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı, habelə ətraf mühitin mühafizəsi tədbirləri, yüksək ekoloji standartlara cavab verən innovasiya və texnologiyalara keçid istiqamətində görülən işlər haqqında ətraflı bəhs edərək, ölkə hüdudlarından kənarda dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib.

O, bu xüsusda “Frontier Works Organization” şirkəti ilə filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və istismarı sahəsində birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

“Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Sami isə rəhbərlik etdiyi dövlət şirkətinin Pakistanda yol tikintisi, dağ-mədən sənayesi, enerji, müdafiə infrastrukturu və digər mühəndislik layihələrinin icrası üzrə ixtisaslaşdığını, “AzerGold” QSC ilə birgə həm Azərbaycan, həm də Pakistanda birgə geoloji kəşfiyyat və mədən layihələrinin icrası istiqamətində əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafında maraqlı olduqlarını qeyd edib.

Görüşün yekunu olaraq “AzerGold” və “Frontier Works Organization” şirkəti arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması, dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə ilkin razılıq əldə edilib.

Görüşdə, həmçinin “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru cari ilin aprel ayında keçiriləcək Pakistan Mineral İnvestisiya Forumunda “AzerGold” QSC-ni iştiraka dəvət edib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?