16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb

KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü ildə təşkil edilmiş iki müsabiqə çərçivəsində 41 layihəyə 714 min manat həcmində qrant ayrılıb.

Agentliyin məlumatına görə, hər bir layihə üzrə təqdim edilmiş maliyyə vəsaitinin həcmi 20 min manata qədərdir. Qrant almış şəxslər arasında gənclər və innovativ layihələr xüsusi çəkiyə malikdir. Qrant vəsaiti daha çox biznes yönümlü tədqiqat işlərinin aparılmasına, bu məqsədlə laboratoriya xərclərinin qarşılanmasına, prototiplərin hazırlanmasına, istehsal avadanlıqlarının əldə edilməsinə, yeni həll yollarının tətbiqinə, rəqəmsal platformalarının hazırlanmasına və s. istiqamətlərə yönəldilib.

İndiyədək isə KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 6 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 99-u 1,7 milyon manat həcmində maliyyələşdirilib.

Növbəti, 7-ci qrant müsabiqəsinin 2025-ci ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur.

Qrant müsabiqələrinin keçirilməsi, layihələrin ekspertizası, maliyyələşdirilməsi, monitorinq və hesabatlılıq məsələləri Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, həyata keçirilir. Qaydaya əsasən, müsabiqəyə təqdim olunan layihələr müxtəlif dövlət və özəl qurumları təmsil edən 7 nəfərdən ibarət Ekspert Komissiyası tərəfindən 14 meyara (layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər) uyğun olaraq qiymətləndirilir. Müsabiqənin nəticələri, o cümlədən qalib gəlmiş KOB subyekti, onun layihəsi və ayrılmış qrant barədə məlumatlar Agentliyin saytında yerləşdirilir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?