18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sabirabad Pilot Aqroparkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib

Sabirabad Pilot Aqroparkı "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 4100 ha sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 22,4 milyon manat investisiya yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb.

Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik, toxumçuluq, heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır. Artıq Aqroparkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?