12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tələbələr üçün ArcGIS layihəsi çərçivəsində təlimlərə başlanılıb

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Esri” ilə birgə həyata keçirilən "Tələbələr üçün ArcGIS" proqramı çərçivəsində “Azərkosmos”un CİS ekspertləri tərəfindən real iş proseslərinə dair praktiki bacarıqlarla bağlı xüsusi təlim sessiyalarına start verilib.

Mərkəzin məlumatına görə, Azərbaycan Texniki Universitetində keçirilən təlimlərdə İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri də iştirak edir.

18 fevral – "Məkan məlumatları ilə işləmək"

• Geoməlumat bazaları

• Məlumat bazaları

25 fevral – "GİS-ə giriş və ArcGIS Pro tətbiqi"

• Coğrafi İnformasiya Sistemlərinin əsasları

• ArcGIS Pro platforması və imkanları

28 fevral – "Qabaqcıl GİS texnologiyalarının tətbiqi"

• Geoprocessing

• Rəqəmsallaşdırma

• Məkan təhlili və Raster GİS

Qeyd edək ki, 4SİM tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafına yönəlik fəaliyyətlər çərçivəsində 4-cü sənaye inqilabı texnologiyalarının ölkədə tətbiqi və bu istiqamətdə insan kapitalının inkişafı üçün davamlı layihələr həyata keçirilir. Bu məqsədlə Google, Binance, Coursera, Esri və Apple kimi qlobal texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilir.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi