28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM Sənaye və İstehsalat üçün Süni İntellekt üzrə Qlobal Alyansın üzvü olub

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Sənaye və İstehsalat üçün Süni İntellekt üzrə Qlobal Alyansın (AIM Global) üzvü olub.

Mərkəzin məlumatına görə, bu əməkdaşlıq süni intellektin sənaye və istehsalatda təhlükəsiz və inklüziv istifadəsini təşviq edir.

AIM Global Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən idarə olunur və süni intellektin məsuliyyətli inkişafını dəstəkləyir.

Alyansa üzvlük 4SİM-ə beynəlxalq təcrübə, tədqiqat və siyasət tövsiyələrindən faydalanmaq imkanı yaradır. Eyni zamanda, sənaye və istehsalatda süni intellektin potensialını açmaq üçün əməkdaşlıq və innovativ həllərin tətbiqinə töhfə verməyə şərait yaradır.

4SİM Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

140-dan çox təşkilatın üzv olduğu AIM Global sənaye və istehsalatda məsuliyyətli süni intellekt üçün əməkdaşlığı təşviq edir. Alyans tədqiqat, bacarıqların inkişafı, etik təlimatlar və dəyişən süni intellekt mühitində çətinliklərin və imkanların həlli üçün siyasət tövsiyələrinə diqqət yetirir.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları