30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikilir

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 16 rezidenti və 2 qeyri-rezidenti var. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin 2024-cü ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur: "İndiyədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib".

Agentliyin rəhbəri əlavə edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparılır. Cari ildə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?