10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TANAP-la qaz tədarükü 75 milyard kubmetrə çatıb

TANAP-la qaz tədarükü onun kommersiya istismarının başladığı andan etibarən ümumilikdə 75 milyard kubmetrə çatıb.

TANAP operatorunun məlumatına görə, Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan TANAP-la qaz tədarükü qazın kommersiya məqsədli nəqlinin başlanmasından bəri 75 milyard kubmetr göstəriciyə çatıb. “TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyinə töhvə verməyə davam edir”, -deyə operatorun məlumatında deyilir.

Qeyd edək ki, TANAP Azərbaycan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə qədər nəql edir. TANAP-ın ümumi dəyəri 7 milyard dollardan azdır.

TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir və gələcəkdə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. Təxminən 6 milyard kubmetr qaz Türkiyəyə tədarük edilir, qalan hissə isə Avropaya nəql olunur.

TANAP qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb.

TANAP-ın istismara verilməsi mərasimi 12 iyun 2018-ci ildə Türkiyənin Eskişehir şəhərində baş tutub. Türkiyəyə ilk kommersiya qaz tədarükü 30 iyun 2018-ci ildə başlayıb. TANAP-ın Avropa ilə birləşməsinin açılış mərasimi isə 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala şəhərində keçirilib.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?